İki ölkə Hörmüz boğazı ilə bağlı BMT qətnaməsinə veto qoydu

İki ölkə Hörmüz boğazı ilə bağlı BMT qətnaməsinə  veto qoydu backend

BMT Təhlükəsizlik Şurası Bəhreyn tərəfindən irəli sürülən Hörmüz boğazındakı vəziyyətlə bağlı qətnaməni qəbul edə bilməyib.

Qaziler.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Çin və Rusiya sənədə veto qoyub, Pakistan və Kolumbiya isə bitərəf qalıb.

“BMT Təhlükəsizlik Şurası Bəhreyn tərəfindən Hörmüz boğazındakı vəziyyətlə bağlı təklif edilən qətnaməni qəbul edə bilməyib. Çin və Rusiya sənədə veto qoyub, Pakistan və Kolumbiya isə bitərəf qalıb”, - bəyanatda deyilir.

Qətnamə layihəsində Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin edilməsi və mülki gəmilərin müşayiəti də daxil olmaqla birgə müdafiənin yaradılması təklif olunur. Məqsəd beynəlxalq naviqasiyanı bloklamaq cəhdlərinin qarşısını almaqdır.

QAZİLER.AZ