SSRİ-nin dağılmasından sonra ABŞ Rusiya və müttəfiqlərini düşmən olaraq gördü. Bu, son 20 ilin ən böyük geopolitik səhvi idi. Axar.az xəbər verir ki, bu barədə İtaliyanın “II Qironale” qəzeti yazıb.
“ABŞ-ın strategiyası çoxqütblü dünyanın formalaşmasına səbəb oldu və Yaxın Şərqdə böhrana gətirib çıxardı. Rusiya, Çin, İslam çoğrafiyası və Qərb çoxqütblü dünyanın mərkəzinə çevrildilər. Rusiya qütbləşməsi rəsmi Vaşinqtonun Moskvaya qarşı sərgilədiyi mövqedən dolayı yarandı. Bu qütbləşmə Ukraynadakı böhran, Krımın ilhaqı və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində daha da gücləndi. İslamçı qütbləşmə isə ABŞ-ın Rusiyadan üz döndərib, neft ixrac edən İslam ölkələri ilə münasibətləri gücləndirməsi nəticəsində yarandı. ABŞ-ın bu mövqeyi radikal qüvvələrin güclənməsinə də səbəb oldu”, - məqalədə qeyd edilib.