İspaniyada öküz təcrübəli matadoru öldürüb

İspaniyada öküz təcrübəli matadoru öldürüb backend

İspaniyada təcrübəli matador Rikardo Ortiz qarşıdan gələn korrida üçün məşq etdiyi zaman öküzün qurbanına çevrilib.

Qaziler.az bildirir ki, bu barədə "El Pais" məlumat verib.

Yaşına görə 52 yaşlı Ortiz artıq toreador kimi çıxış etmirdi.

O, arena tövlələrində heyvanlara qulluq edirdi.

Qulluq etdiyi öküz ona hücum edib. Buynuzlarıilə  onu  vurub və təsdiqlənməmiş məlumatlara görə, buynuz onun ürəyinin yaxınlığında ilişib qalıb.

Ortizi xilas etmək mümkün olmayıb.

O, toreador sülaləsindən idi və Malaqa şəhərinin ən yaxşı üç matadorundan biri idi.

QAZİLER.AZ