Tramp: Bu gecə İranda bütöv bir sivilizasiya məhv olacaq

Tramp: Bu gecə İranda bütöv bir sivilizasiya məhv olacaq backend

ABŞ lideri İranı yenidən təhdid edir.

ABŞ prezidenti Donald Tramp İrana yeni zərbələr endiriləcəyini açıqladı. O, "bütün bir sivilizasiyanın" məhv ola biləcəyini söylədi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraine   sosial media platforması "Truth Social"da Amerika liderinin paylaşımına istinadən məlumat yayıb. 

"Bu gecə bütün bir sivilizasiya məhv olacaq və heç vaxt yenidən bərpa olmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, bu, olacaq", - Tramp yazıb.

Onun sözlərinə görə, İranda "daha ağıllı və daha az radikal insanlar" olan fərqli bir rejim hakimiyyətə gəlib. Tramp "həqiqətən inqilabi nəyinsə baş verə biləcəyi" ehtimalını istisna etməyib.

QAZİLER.AZ