II Dünya Müharibəsi illərində Polşanın Krakov şəhərində itən və içində milyonlarla dollar dəyərində qızıl olduğu iddia edilən Faşist Almaniyasına aid qatarla bağlı açıqlama veriləcək.
Axar.az xəbər verir ki, avqustdan bəri araşdırma aparan mütəxəssislər itmiş qatarın tapılıb-tapılmaması haqda dəqiq məlumatı ictimaiyyətə təqdim edəcəklər.
Krakov Universitetinin Elm və Texnologiya bölümü sözçüsü Bartozs Dembinski araşdırmada son nəticəyə gəldiklərini bildirib.
Qeyd edək ki, 150 metr uzunluğu olan və 300 ton qızıl daşıdığı bilinən qatardakı xəzinəyə görə Rusiya ilə Polşa arasında konflikt yaranıb.