Fransada qatarın yük maşını ilə toqquşması nəticəsində sürücü ölüb, 27 nəfər yaralanıb.
Fransanın Néux-le-Mines kommunasında TGV sürətli qatarı hərbi texnika daşıyan yük maşınının qoşqusu ilə toqquşub.
Qaziler.az bildirir ki, TF1 Info bu barədə 7 apreldə məlumat verib.
"Çərşənbə axşamı səhəri Néux-le-Mines (Pa-de-Kale) Dunkirk-Paris xəttində hərəkət edən TGV qatarı ordu yük maşınının qoşqusu ilə toqquşub", - məlumatda deyilir.
Toqquşmadan sonra təxminən 250 sərnişini daşıyan qatar relsdən çıxıb. İlkin məlumatlara görə, maşinist həlak olub, yük maşını sürücüsü isə ağır yaralanıb. Bundan əlavə, ən azı 27 sərnişin xəsarət alıb.
QAZİLER.AZ



