Qara siyahımızda olan məşhur müğənni həbs edildi

Qara siyahımızda olan məşhur müğənni həbs edildi backend

İspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye həbs edilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı İspaniya mətbuatı yayıb. Mətbuat 82 yaşlı Kabalyenin 255 min avro məbləğində cərimələndiyini bildirib. Barselona məhkəməsi həmçinin müğənnini altı ay həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Kabalye 2014-cü ildə 500 min avrodan çox gəlir əldə etsə də, gəlir vergisi ödəməkdən yayınıb.

Xatırladaq ki, M.Kabalye 2013-cü ildə Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanın "arzuolunmaz şəxslər"i siyahısına daxil edilib.
Diaspora