ABŞ ordusu İranda “F-15” qırıcı təyyarəsinin ekipajının xilasetmə əməliyyatına 155 təyyarə göndərib.
Qaziler.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Xüsusilə, buraya dörd bombardmançı təyyarə, 64 qırıcı təyyarə, 48 tanker və 13 xilasetmə təyyarəsi daxildir.
Xatırladaq ki, İran ərazisi üzərində vurulan “F-15”in iki ekipaj üzvü katapult edə bilib. Biri tez tapılıb, digərini isə ABŞ xüsusi təyinatlıları tərəfindən tapılması üçün çox vaxt sərf edilib.
QAZİLER.AZ



