ABŞ prezidenti Donald Tramp İranla bağlı vəziyyəti həll etmək üçün heç bir planının olmadığını təkzib edib.
Qaziler.az xəbər verir ki, onun çıxışlarının səs yazısı “C-Span” portalında dərc edilib.
"Mənim ən yaxşı planım var, amma sizə planımın nə olduğunu deməyəcəyəm", - deyə Amerika prezidenti bildirib.
O, ABŞ-İran danışıqlarının davam etdiyini və yaxşı getdiyini bildirib. Həmin danışıqlarda vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiv Uitkoff iştirak edir.
QAZİLER.AZ



