Tramp İran danışıqlarında ƏSAS PRİORİTETİ açıqladı

Tramp İran danışıqlarında  ƏSAS PRİORİTETİ açıqladı backend

ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası Vaşinqton üçün əsas prioritetə ​​çevrilib. O, həmçinin ABŞ-nin İranın blokadası qarşısında acizliyini etiraf edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, CNBC-nin yayımladığı brifinqdə danışıb.

“Mən deyərdim ki, bu, çox böyük bir prioritetdir, çünki bu, bir az başqadır - biz onları istədiyimiz şəkildə bombalaya, sarsıdıcı zərbə endirə bilərik. Lakin boğazı bağlamaq üçün suya sadəcə dəniz minası atmaq da kifayətdir", - deyə Tramp vurğulayıb.

Prezident qeyd edib ki, boğazın mümkün minalanması gəmi sahibləri arasında narahatlıq yaradacaq. Trampın sözlərinə görə, tək bir gəmi milyard dollara başa gələ bilər.

QAZİLER.AZ