Bu müharibədə nə İrana, nə də ABŞ-yə etibar etmək olmaz...

Bu müharibədə nə İrana, nə də ABŞ-yə etibar etmək olmaz... backend

“İran müharibəsində tərəflərin hərəkətlərinin təsirini müəyyən etməyə imkan verən ictimaiyyətə açıq statistika yoxdur”.

Qaziler.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert və təqaüddə olan polkovnik Mixail Xodarenok “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, münaqişənin bütün tərəfləri informasiya müharibəsi aparır və onların ifadələri ən azı üç yerə bölünməlidir.

“Bizdə əslində heç bir statistika yoxdur - İranın neçə raket və dron buraxdığı, neçəsi vurulduğu, neçəsi hədəflərinə sapmadan çatdığı... Biz bunu döyüş zonasından bir neçə videoya əsasən müzakirə edirik, amma real məlumat yoxdur. Burada "müharibə dumanı" o qədər qatıdır ki, həqiqətən mühakimə yürütmək mümkün deyil. ABŞ tərəfində də heç bir statistika yoxdur: neçə uçuş, nə qədər və hansı silahlardan istifadə edildiyi və nəticələrin necə olduğunu biz bilmirik. Tramp İranda 7000 hədəfi vurduğunu desə də, ona inanmaq olmaz”, - Xodarenok bildirib.

O, münaqişənin bütün tərəflərinin dezinformasiya ilə məşğul olduğunu vurğulayıb. Üstəlik, bildirilən rəqəmlər faktiki rəqəmlərdən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

“Müharibədə istənilən açıqlamaya istər İrandan, istərsə də ABŞ-dən etibar etmək olmaz. Onların bütün məlumatları üçə, hətta beşə bölünməlidir. Çünki bu, müharibə zamanı informasiya müharibəsinin spesifik təbiətidir”, - ekspert bildirib.

QAZİLER.AZ