Çində 90 yaşlı kişi velosipedlə ölkəni gəzİb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Henan əyalətinin Kayfen şəhərinin 90 yaşlı sakini Çjan Çjonyi təxminən otuz ildir ki, Çində velosipedlə səyahət edib - əvvəlcə iki təkərli, sonra isə üç təkərli velosipeddə.
Onun hekayəsi yerli bir qadının ona yolda kömək etməsindən və bunu internetdə paylaşmasından sonra ölkə miqyasında məşhurlaşdı.
Qaziler.az bildirir ki, bu barədə 5 apreldə "South China Morning Post" (SCMP) qəzetində məlumat verilib.
Məqalədə qeyd edildiyi kimi, 1990-cı illərdə Çjanın başına faciə gəlib: oğlu, gəlini və səkkiz yaşlı nəvəsi avtomobil qəzasında həlak olub. Həyat yoldaşı kədərə dözə bilməyib bir il sonra xəstəlikdən vəfat edib. İki il ərzində bütün ailəsini itirən Çjan evdən çıxıb və o vaxtdan bəri yollarda yaşayır.
"Keçmişdən əl çəkdim. İndi ömrümün qalan hissəsini səyahət etməklə və təbiətin gözəlliyindən zövq almaqla keçirmək istəyirəm", - deyə Çjan bildirib.
QAZİLER.AZ



