Çində 90 yaşlı kişi velosipedlə ölkəni gəzib

Çində 90 yaşlı kişi velosipedlə ölkəni gəzib backend

Çində 90 yaşlı kişi velosipedlə ölkəni gəzİb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Henan əyalətinin Kayfen şəhərinin 90 yaşlı sakini Çjan Çjonyi təxminən otuz ildir ki, Çində velosipedlə səyahət edib - əvvəlcə iki təkərli, sonra isə üç təkərli velosipeddə.

Onun hekayəsi yerli bir qadının ona yolda kömək etməsindən və bunu internetdə paylaşmasından sonra ölkə miqyasında məşhurlaşdı.

Qaziler.az bildirir ki, bu barədə 5 apreldə "South China Morning Post" (SCMP) qəzetində məlumat verilib.

Məqalədə qeyd edildiyi kimi, 1990-cı illərdə Çjanın başına faciə gəlib: oğlu, gəlini və səkkiz yaşlı nəvəsi avtomobil qəzasında həlak olub. Həyat yoldaşı kədərə dözə bilməyib bir il sonra xəstəlikdən vəfat edib. İki il ərzində bütün ailəsini itirən Çjan evdən çıxıb və o vaxtdan bəri yollarda yaşayır.

"Keçmişdən əl çəkdim. İndi ömrümün qalan hissəsini səyahət etməklə və təbiətin gözəlliyindən zövq almaqla keçirmək istəyirəm", - deyə Çjan bildirib.

QAZİLER.AZ