Özbəkistan prezidentinin qızı Trampın iqamətgahında olub

Özbəkistan prezidentinin qızı Trampın iqamətgahında olub backend

Özbəkistan prezidentinin qızı Səidə Mirziyoyeva Florida ştatındakı Mar-a-Laqo iqamətgahında olub və ABŞ-ın Hindistandakı səfiri Serjio Qor ilə görüşüb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, o, bu barədə aprelin 6-da Telegram kanalında bildirib.

"ABŞ prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi elçisi səfir Serjio Qor ilə Mar-a-Laqoda görüşməkdən məmnun oldum", - deyə paylaşımda bildirilir.

Mirziyoyeva Vaşinqtonda bir sıra məhsuldar danışıqları səbirsizliklə gözlədiyini bildirib. Onun paylaşdığı fotolarda Özbəkistan prezidentinin qızının ABŞ prezidenti Donald Trampın kiçik qızı Tiffani ilə birlikdə olduğu görünür.

QAZİLER.AZ