İsrail Müdafiə Qüvvələri (IDF) Livanın müxtəlif bölgələrində mülki tikililər arasında yerləşən bir sıra hərbi infrastruktur obyektlərini və silah anbarlarını məhv edib.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, "Hizbullah" qruplaşmasının infrastrukturuna zərbələrin endirilməsi və ön müdafiə xəttinin möhkəmləndirilməsi əməliyyatları çərçivəsində son bir neçə gün ərzində İsrail Hərbi Hava Qüvvələri raket buraxılış qurğularının və silah anbarlarının aşkarlanması və məhv edilməsi istiqamətində məqsədyönlü əməliyyatlar aparıb.
Bildirilib ki, zərbələr endirilməzdən əvvəl mülki əhaliyə dəyən ziyanın minimuma endirilməsi üçün tədbirlər (yüksək dəqiqlikli silahlar, hava müşahidəsi və əlavə kəşfiyyat məlumatlarından istifadə) görülüb.



