İranın atdığı raket “F-15” qırıcı təyyarənin pilotunu axtaran ABŞ-nin “Black Hawk” helikopterini vura bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Newsmax” müxbiri Karla Bab mənbəyə istinadən məlumat verib.
Jurnalist yazıb: "Bir mənbə mənə dedi ki, “F-15”in ikinci pilotunu tapmaq üçün aparılan xilasetmə əməliyyatı zamanı ABŞ-nin “Blackhawk” helikopterinin də İran üzərində vurulması mümkündür".
Mənbənin sözlərinə görə, cənubda İranla sərhədi keçərkən helikopterdən tüstü qalxırmış ki, bu da təyyarənin vurulduğunu göstərə bilər.
QAZİLER.AZ



