İraq parlamentində PKK-nın terrorla mübarizə aparan təşkilat kimi rəsmi şəkildə tanınması istənilib. Axar.az xəbər verir ki, bu tələbi parlamentdə Kürdüstan Vətənpərvərlər Birliyi və “Goran” hərəkatı səsləndirib. Siyasi təşkilatlar buna səbəb kimi PKK-nın İŞİD-lə mübarizə apardığını göstəriblər.
Bu təklifin Türkiyə ilə İraq arasında son günlərdə yaşanan siyasi gərginlik mühitində edilməsi Ankaraya təzyiq kimi qiymətləndirilir.