Rusiyada aborta qadağa qoyulmayacaq - Matviyenko

Rusiyada aborta qadağa qoyulmayacaq - Matviyenko backend

Rusiyada abortlar qadağan edilməyəcək.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Vesti” xəbər xidmətinə bildirib.

Onun sözlərinə görə, dövlətin heç kimin şəxsi həyatı ilə bağlı hər hansı hərəkətini qadağan etmək hüququ yoxdur.

"Əminəm ki, belə bir qadağa olmayacaq... Seçim hüququ, son qərar, şübhəsiz ki, qadının özündən asılıdır", - Matviyenko vurğulayıb.

Federasiya Şurası sədrinin qeyd etdiyi kimi, hakimiyyət orqanları, cəmiyyət, tibb işçiləri və kilsə qadınları xanımları ömürlərinin sonuna qədər peşman ola biləcəkləri bu cür ciddi bir addım atmaqdan çəkindirmək üçün əlindən gələni etməlidir.

"Amma bu qərar qətidirsə, təbii ki, qadının bu hüququ olmalıdır", - Matviyenko deyib.

QAZİLER.AZ