Avropa Komissiyası enerji böhranının qarşısını almaq, qənaət üçün acınacaqlı çağırışlar etmək əvəzinə Rusiya enerjisini Avropa bazarına yenidən təqdim etməlidir.
Qaziler.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto sosial media hesabında bildirib.
Macarıstanlı diplomat Aİ-nin Enerji Komissarı Dan Yorqenseni tənqid edərək, onun avropalılara müraciətini dramatik, absurd və acınacaqlı adlandırıb.
“Aİ-nin Enerji Komissarı Dan Yorqensen, şübhəsiz ki, bir şeydə yaxşıdır, amma bu, enerji deyil. O, Avropa xalqına dramatik bir çağırış etdi. Vəziyyətin nə qədər dramatik olduğunu bilməsəydik, bu çağırış absurd və ya acınacaqlı adlandırıla bilərdi”, - macar nazir qeyd edib.
QAZİLER.AZ



