Finlandiyanın "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema ölkənin NATO-ya qoşulmaq və Rusiya ilə əlaqələri kəsmək qərarının səhv olduğunu və ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bunu X sosial media səhifəsində yazıb.
"Finlandiya ABŞ ilə güclü münasibətlər qurmaq ümidi ilə NATO-ya qoşulub, Rusiyaya qarşı neytrallıq siyasətindən imtina edib və bütün əlaqələri kəsib. Lakin bu, fəlakətli siyasət imiş", - deyə o bildirib.
Memaya görə, mövcud vəziyyət qlobal enerji böhranı riskini, eləcə də Rusiya ilə hərbi münaqişənin eskalasiya ehtimalını artırır.
QAZİLER.AZ



