SEPAH bölmələri vurulan qırıcı təyyarənin pilotunu taparaq saxlayıb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) axtarış əməliyyatı zamanı vurulan Amerika F-35 qırıcı təyyarəsinin pilotunu aşkar edib və saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə 3 apreldə "Nournews agentliyi məlumat verib.
"Bu səhər tezdən İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin bölmələri vurulan Amerika qırıcı təyyarəsinin qəzaya uğradığı ərazidə genişmiqyaslı axtarış əməliyyatı keçirib. Uğurlu əməliyyat nəticəsində amerikalı pilotu tapılaraq saxlanılıb", - Telegram kanalında dərc olunmuş məlumatda bildirilir.
QAZİLER.AZ



