Kim Çen In küçüyü qucaqladı - FOTO

Kim Çen In küçüyü qucaqladı - FOTO backend

Şimali Koreya lideri Kim Çen Inın ev heyvanları mağazasında küçüyü qucaqladığı görüntüləri yayımlandı.

Şimali Koreya lideri Kim Çen In və qızı Kim Cu E Pxenyanın yeni Hvason rayonunda gəzintiyə çıxıb və orada açılmış bir neçə mağazaya baş çəkiblər.

Qaziler.az bildirir ki, səfərin görüntüləri Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən dərc edilib.

"Yoldaş Kim Çen In Hvasonda zoomağazaya baş çəkdi. Mağazanın birinci və ikinci mərtəbələrində yoldaş Kim Çen In müxtəlif növ ev heyvanlarına baxdı", - məlumatda deyilir.

Bir fotoda Şimali Koreya lideri ağ küçüyü qucaqlayır.  Şimali Koreya liderinin qızı da atasının yanındadır.

Başqa bir fotoda Kim Çen In qızına bala pişikləri göstərir.

QAZİLER.AZ