Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü  zəlzələ olub backend

Türkiyənin Balıkəsir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi xəbər yayıb. 

Məlumata görə, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonu olub.

Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələnin ocağı yerin 10,55 kilometr dərinliyindədir.