37 ölkə Hörmüz boğazı ilə bağlı İrana qarşı TƏLƏB irəli sürdü

37 ölkə Hörmüz boğazı ilə bağlı İrana qarşı  TƏLƏB irəli sürdü backend

Təxminən 40 ölkə İranı Hörmüz boğazı ilə bağlı təhdidlərini dərhal dayandırmağa çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında deyilir.

"Münaqişənin gərginləşməsi ilə bağlı dərin narahatlığımızı bildiririk. İranı təhdidlərini, mina yerləşdirmələrini, pilotsuz təyyarə və raket hücumlarını, boğazı kommersiya gəmiçiliyinə bağlamaq cəhdlərini dərhal dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə əməl etməyə çağırırıq", - deyə bəyanatda bildirilib.

Birgə bəyanat 37 ölkə tərəfindən qəbul edilib. Bunlara Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya, Hollandiya, Yaponiya, Kanada, Cənubi Koreya, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Trinidad və Tobaqo, Xorvatiya, Bolqarıstan, Kosovo, Panama, Şimali Makedoniya, Nigeriya, Monteneqro, Albaniya, Marşal Adaları, Çili, Moldova, Yunanıstan və Somali daxildir.

QAZİLER.AZ