Dünya İranın Hörmüz üzərində nəzarətini qəbul etməyəcək...

Dünya İranın Hörmüz üzərində nəzarətini qəbul etməyəcək... backend

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu əl-Qeytin sözlərinə görə, beynəlxalq ictimaiyyət İranın Hörmüz boğazında gəmiçilik üzərində birtərəfli nəzarətini qəbul etməyəcək.

Qaziler.az xəbər verir ki, bu barədə TASS “Al Hadath” telekanalına istinadla məlumat yayıb.

Ərəb Dövlətləri Liqasının Baş katibinin sözlərinə görə, körfəz Əməkdaşlıq Şurası tərəfindən təklif edilən Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı sənəd layihəsi dəstəklənməlidir.

O hesab edir ki, Tehran məntiqsiz hərəkət edir və körfəz ölkələrinə hücumları bunun sübutudur. Əbu əl-Qeyt vurğulayıb ki, heç kim Ərəb Dövlətləri Liqasının heç bir üzvündən İranla münasibətləri kəsməsini istəməyib.

QAZİLER.AZ