ABŞ-nin zərbələri nəticəsində İrandan heç nə qalmayacaq.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media hesabında bildirib.
"İrandakı ən böyük körpü çökür və bir daha istifadə olunmayacaq - hələ çox şey var!", - o yazıb.
ABŞ liderinin sözlərinə görə, İslam Respublikasının çox gec olmadan və çox dağılmadan, hələ də böyük bir ölkəyə çevrilmə şansı varkən razılaşma əldə etməsinin vaxtıdır.
QAZİLER.AZ



