ABŞ ordusu YERALTI təlimlərə başlayıb

ABŞ ordusu  YERALTI təlimlərə başlayıb backend

ABŞ Ordusu təxminən 300 əsgərin iştirak etdiyi Fort Hudda yeraltı təlimlərə başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Fox News” yazır.

Amerika qoşunları artan dron təhlükəsi səbəbindən yeraltı tunellərdə əməliyyatlar aparır və həmçinin döyüş vəziyyətlərində kütləvi itkilərin idarə olunmasını öyrənirlər. Təlimlər şəxsi heyətin qapalı məkanlarda döyüşə hazırlığı üçün nəzərdə tutulub.

Bu cür manevrlərin ABŞ-də keçirilməsi ilk dəfə deyil. Bir neçə il əvvəl hərbçilər katakombalarda, tunellərdə və şəhər mühitində təlim keçərək proqrama təxminən 500 milyon dollar xərcləyiblər. Daha sonra 31 bölmədən 26-sı dar və qapalı məkanlarda əməliyyatlar apararaq yenidən hazırlıq keçib.

QAZİLER.AZ