Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev təhlükəli xəstəliklər diaqnozu qoyulmuş miqrantların dərhal deportasiya edilməsinə çağırıb.
Qaziler.az xəbər verir ki, o, MAX messencerindəki kanalında vurğulayıb ki, bu, dövlətin epidemioloji təhlükəsizliyini təmin etmək, narkomaniya və cinayətkarlıqla mübarizə aparmaq üçün lazımdır.
“Əcnəbidə təhlükəli xəstəliyin tez bir zamanda aşkarlanmasından sonra onun dərhal ölkədən deportasiyası həyata keçirilməlidir”, - Medvedev qeyd edib.
QAZİLER.AZ



