Türkiyənin Baş naziri Əhməd Davudoğlu Mosulda hərbçilərin azaldılmasına növbəti dəfə münasibət bildirib. Axar.az xəbər verir ki, baş nazir ölkəsinin İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bir daha xatırladıb.
“Mosuldakı hərbi qüvvəmiz terrorla mübarizə məqsədi daşıyıq. İraqın ərazi bütövlüyü mövzusunda səmimiyik. Türkiyə tədbir almaq məcburiyyətində qalarsa, alar. O dağlar terrorçulardan təmizləndi. Nəzarət bərpa olunub. Silahlı Qüvvələrimizə təşəkkür edirəm. Terrora qarşı müsəlman ölkələrinin birləşməsi terrorla islamı eyniləşdirənlərə ən yaxşı cavabdır”, - Davudoğlu qeyd edib.