ABŞ-də qadın polis maşınının açıq qalmış pəncərəsindən qaçıb.
ABŞ-da yarımaçıq arxa pəncərədən polis maşınından qaçan Miçiqan ştatından olan qadın üçün üç günlük axtarış aparılıb.
Qaziler.az bildirir ki, bu barədə Fox News yazır.
Ətrafdakı bir şəxs 38 yaşlı Kendra Eninin hüquq-mühafizə orqanlarından qaçışını lentə alıb. Videoda onun pəncərədən yarıya qədər asılı qaldığı, sonra qaçdığı görünür. Qadının əlləri arxadan qandallı olub. Eni maşından düşərkən çəkiliş aparan kişi kameranın arxasında "Onlara heç nə deməyəcəyəm. Bir kəlmə də olsun" deyib.
Daha sonra amerikalı qadının maşınını yoxlayan polis əməkdaşlarına kameranı göstərib. Onlar patrul maşınına qayıdıb və qadının qaçdığını görüblər. Eni üç gün axtarışda olub və yenidən həbs edilib.
QAZİLER.AZ



