Tramp Avropanı Ukraynanı silahsız qoymaqla hədələyib

Tramp Avropanı Ukraynanı silahsız qoymaqla  hədələyib backend

ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini Vaşinqtona Hörmüz boğazının açılmasına kömək etməsələr, Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib.

Qaziler.az bildirir ki, bu barədə “Financial Times” məlumat yayıb.  Trampın təhdidləri NATO-nun baş katibi Mark Rütteni təcili olaraq Amerikanın mövqeyini dəstəkləyən koalisiya yaratmağa məcbur edib.

Nəşrin mənbələrinə görə, Amerika lideri xəbərdarlıq edib ki, Avropa ölkələri Hörmüz boğazında təhlükəsiz naviqasiyanı təmin etmək üçün səylərini birləşdirməsələr, ABŞ PURL fondu vasitəsilə Kiyev üçün silah alışını dayandıra bilər. Trampın sərt mövqeyinə cavab olaraq Rütte ABŞ prezidenti və dövlət katibi Marko Rubio ilə bir neçə telefon danışığı aparıb və bundan sonra 19 martda ABŞ-ni dəstəkləyən birgə bəyanat verilib. İlk imza atan ölkələr Böyük Britaniya, İtaliya, Hollandiya, Fransa, Almaniya və Yaponiya olub, sonra isə daha 29 ölkə qoşulub.

QAZİLER.AZ