Uzaq Şərq qaynayır: ABŞ Çini daxildən vurur

Uzaq Şərq qaynayır: ABŞ Çini daxildən vurur backend

Bu həftənin sonu ABŞ Tayvana iki “Çenq Kunq” tipli raket freqatı sata bilər. Axar.az xəbər verir ki, satılacaq hərbi gəmilərin dəyərinin 176 milyon dollar olacağını bildirir. Tərəflər arasında olan razılaşmaya əsasən Tayvan tələbat yaranacağı təqdirdə ABŞ-dan daha iki belə gəmi alacaq.


ABŞ-ın bu addımı artıq rəsmi Pekinin etirazına səbəb olub. Çin Vaşinqtonun bu addımının yolverilməz olduğunu bildirib.

Qeyd edək ki, ABŞ son dörd il ərzində ilk dəfə Tayvana hərbi texnika verib.

Çinin Spratli adalarını zəbt etməsi ABŞ-ın etirazına səbəb olub. Buna görə də ABŞ öz hərbi gəmilərini bu əraziyə göndərib. Pekindən fərqli olaraq, digər region ölkələri ABŞ-ın addımını dəstəklədiklərini bildiriblər.
Diaspora