Finlandiya körfəzində neft məhsullarının izləri tapılıb.
Qaziler.az bu barədə "Ostorojno, novosti" “Telegram” kanalına istinadən xəbər verir.
Xəbərdə qeyd edilib ki, Sankt-Peterburq sakinləri çirklənmənin Ust-Luqa limanında baş verən yanğından qaynaqlanmasından şübhələnirlər.
Bundan əlavə, insanlar sahildə quş cəsədləri aşkar ediblər.
"Sankt-Peterburq sakinləri Sosnovı Bordakı Lipovo çimərliyində körfəzin səthində neft təbəqəsi gördüklərini bildiriblər. Şahidlərin sözlərinə görə, neft izləri yalnız bu gün ortaya çıxıb", - deyə paylaşımda bildirilib.
QAZİLER.AZ



