Makron İran münaqişəsinin həlli üçün yeni mexanizm hazırlayır

Makron İran münaqişəsinin həlli üçün yeni mexanizm hazırlayır backend

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərq münaqişəsinin həlli üçün İran qarşıdurmasında birbaşa iştirak etməyən üçüncü ölkələrin iştirakı ilə beynəlxalq mexanizm yaratmağı təklif edib.

Qaziler.az xəbər verir ki, bu barədə NHK telekanalı yazıb.

Kanalın məlumatına görə, Fransa lideri böhranın diplomatik həllində birbaşa münaqişə zonasından kənarda olan dövlətləri cəlb edəcək bir strukturun yaradılması üçün çıxış edib.

Bundan əlavə, Makron İranın müharibədən sonrakı yenidən qurulmasının vacibliyini vurğulayıb və Fransanın Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün Asiya, Yaxın Şərq və Avropanın digər ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

QAZİLER.AZ