ABŞ İrandakı hədəflərə qarşı 12 mindən çox döyüş uçuşları aparıb

ABŞ İrandakı hədəflərə qarşı 12 mindən çox döyüş uçuşları aparıb backend

ABŞ təyyarələri hərbi əməliyyatın başladığı gündən bəri İrandakı hədəflərə qarşı 12.000-dən çox döyüş uçuşu həyata keçirib.

Qaziler.az xəbər verir ki, bunu ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunub ki, hazırda Yaxın Şərqdə 250-dən çox ABŞ döyüş təyyarəsinin yerləşdiyi bildirilir. Bunlardan ən çoxu İordaniyadakı Müvəffəq Salti Hava Bazasında yerləşir. Bunlara “F-35A”, “F-15E” və “F-16” qırıcı təyyarələri, eləcə də “A-10” hücum təyyarələrindən ibarət eskadrilya daxildir.

Bundan əlavə, ABŞ təyyarələri İsraildəki Ovda Hava Bazasında və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında yerləşir.

QAZİLER.AZ