Tramp Ağ Evdə tikiləcək bunker barədə təfərrüatları açıqlayıb

Tramp Ağ Evdə tikiləcək bunker barədə  təfərrüatları açıqlayıb backend

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində bunker tikintisi ilə bağlı jurnalistlərə məxfi məlumatlar açıqlayıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Daily Mail” yazıb.

Amerika lideri “Air Force One” təyyarəsində keçirilən mətbuat konfransında layihənin təfərrüatlarını və onun dəyərini açıqlayıb. O bildirib ki, nəhəng hərbi kompleks yarımçıq qalmış Ağ Evin rəqs zalının altında tikiləcək. Trampın bildirdiyinə görə, bomba sığınacağı 400 milyon dollara başa gələcək.

Tikintinin gülləkeçirməz pəncərələri, kimyəvi hücuma davamlı kondisioner sistemləri və bioloji müdafiə vasitələri ilə təchiz olunacağı bildirilir. Bundan əlavə, orada tibb müəssisəsi və drondan müdafiə vasitələri yerləşəcək.

QAZİLER.AZ