ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı bütün münasibətləri nəzərdən keçirir.
Qaziler.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Newsmax”a bildirib. Onun sözlərinə görə, buraya Ukraynaya dəstək də daxildir.
“Düşünürəm ki, Prezident Tramp hər şeyi, istər NATO-da iştirakımızı, istər Ukraynadakı Avropa səylərinə dəstəyimizi, istərsə də ABŞ-nin digər fəaliyyətlərini qiymətləndirir və yenidən qiymətləndirəcək”, - deyə Uitaker bildirib.
QAZİLER.AZ



