Ukrayna dronları Finlandiyanın və digər NATO ölkələrinin hava məkanına girməməlidir.
Qaziler.az xəbər verir ki, bunu Skandinaviya ölkəsinin müdafiə naziri Antti Kaykkonen sosial mediada bildirib. O, bu xəbərdarlığı Kiyevə Ukrayna dronlarının Finlandiya ərazisində qəzaya uğraması hadisələrindən sonra verib.
“Ukrayna nazirinə (müdafiə naziri Mixaylo Fedorov – red.) mesajım dronların Finlandiya və ya digər NATO ərazisinə girməməsi idi”, - Kaykkonen vurğulayıb.
Finlandiya hakimiyyəti martın 29-da Kuvola yaxınlığında iki dronun qəzaya uğradığını bildirib. Onlardan biri Ukraynanın “An-196” təyyarəsi kimi müəyyən edilib. Finlandiya polisi partlamamış sursatla təchiz olunmuş dronlardan birini zərərsizləşdirib. Daha sonra ölkənin sərhəd keşikçiləri Rusiya ilə sərhəd yaxınlığındakı Pyoxayarv gölünün üzərində başqa bir dron aşkar ediblər.
QAZİLER.AZ



