ABŞ və İsrail ilə münaqişədə İran hansı faydaları əldə edir?

ABŞ və İsrail ilə münaqişədə  İran hansı faydaları əldə edir? backend

Avropa başqa bir maliyyə böhranına hazırlaşarkən, İran İsrail və ABŞ-nin hücumları başlamazdan əvvəlkindən daha intensiv şəkildə nağd pul toplamağa başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS yazır.

Agentliyin məqaləsində deyilir ki, Qərb ölkələrində COVID-19 karantinini xatırladan bir atmosfer hökm sürür.

Nəşrin məlumatına görə, avropalılar qorxu yaşayırlar, çünki enerji ehtiyatları olmadan yaşamaq çətindir. AB diplomatları həyəcan təbili çalırlar: potensial neft və qaz çatışmazlığı iqtisadiyyata 2020-ci il böhranından daha çox zərbə vura bilər.

Ekspertlər o qədər ciddi nəticələr proqnozlaşdırırlar ki, Avropa Şurasının prezidenti Antonio Koşta AB liderlərinin təcili zirvə toplantısını çağırmağı düşünür. Brüssel mövcud risklərə görə, bütün sənaye sektorlarına təsir edə biləcək böhrandan çıxış yolu tapmağa çalışır.

İranın Ali Liderinin köməkçisi Məhəmməd Mohber bildirib ki, Tehranın Hörmüz boğazına nəzarətdən əldə etdiyi gəlir ən azı neft ixracı gəlirinin ikiqatını təşkil edəcək. O, həmçinin vurğulayıb ki, İranın boğaz üzərində Türkiyənin Bosfor boğazına və Misirin Süveyş kanalına sahib olduğu qədər eyni hüquqları var.

Maliyyə analitikləri hazırkı vəziyyəti nəzərə alaraq İranın gəlirlərinin ikiqat artdığını təsdiqləyirlər. Onlar mənfəətin artmasına qlobal neft qiymətlərinin yüksəlməsi, eləcə də Fars körfəzində hərbi əməliyyatların başlamasından sonra İran neftinə endirimin azalması ilə əlaqələndiriblər.

QAZİLER.AZ