ABŞ olmadan NATO yoxdur - Polşa

ABŞ olmadan NATO yoxdur - Polşa backend

ABŞ-nin NATO-dan potensial çıxması Amerikanın özünü zəiflədə bilər.

Qaziler.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial media hesabında yazıb.

O, ABŞ Prezidenti Donald Trampın bu mövzu ilə bağlı açıqlamalarını qiymətləndirərkən soyuqqanlı olmağa çağırıb.

“Donald Trampın sözləri ilə bağlı emosional qarışıqlıqda soyuqqanlı olmalıyıq. ABŞ olmadan NATO yoxdur, amma müttəfiqlər olmadan, bizsiz güclü ABŞ də yoxdur. Bu, hər iki tərəfə işləyir", - Kosinyak-Kamış yazıb.

QAZİLER.AZ