Kaya Kallas bir daha Rusiyanın 19 ölkəyə hücum etməyindən danışıb.
Rusiya son 100 ildə Afrika ölkələrini saymasaq belə ən azı 19 ölkəyə hücum edib.
Qaziler.az bildirir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas aprelin 1-də "RBC-Ukrayna"ya verdiyi müsahibədə bildirib.
"Tarix bununla doludur. Rusiya ən azı 19 ölkəyə hücum edib. Mən hələ Afrika ölkələrini sadalamıram", - deyə o bildirib.
Kallas bəzi ölkələrin üç-dörd dəfə hücuma məruz qaldığını, lakin təsirlənən ölkələrin heç birinin Rusiyaya ilk hücum etmədiyini vurğuladı. Lakin siyasətçi hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
QAZİLER.AZ



