İranla müharibə artıq "finiş mərhələsindədir" - Rubio

İranla müharibə artıq "finiş mərhələsindədir" - Rubio backend

Rubio müharibənin bir-iki günə bitməyəcəyini vurğulayıb.

Birləşmiş Ştatlar Yaxın Şərqdə döyüşləri bitirmək üçün "finiş xəttini görür", baxmayaraq ki, bu, bu gün və ya sabah olmayacaq.

 

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

"Vaşinqton İranla müharibədə finiş xəttini görür. Bu, bu gün deyil, sabah da deyil, lakin bu (döyüş əməliyyatlarının sonu – red.) gələcək", - Rubio qeyd edib.

 

O, həmçinin İran və ABŞ arasında məlumatların mübadiləsinin aparıldığını və iki tərəf arasında "müəyyən bir nöqtədə birbaşa görüş" potensialının olduğunu bildirib.

QAZİLER.AZ