Bağdadda naməlum şəxslər amerikalı jurnalist Kittlsonu qaçırıblar.
Qaziler.az bildirir ki, bu barədə "Reuters" xəbər verir.
Məlumata görə, amerikalı jurnalist Şelli Kitlson Bağdadda qaçırılıb. İraq təhlükəsizlik qüvvələri artıq axtarışa başlayıb.
İstintaq dəqiq kəşfiyyat məlumatlarına və qaçıranların marşrutunun aktiv izlənməsinə əsaslanır.
Mənbələrə görə, jurnalist Qərb mediası üçün Yaxın Şərq və Əfqanıstandakı hadisələri işıqlandırıb.
QAZİLER.AZ



