31 martda Pekində keçirilən görüşdən sonra Pakistan və Çinin xarici işlər nazirləri Yaxın Şərqdəki münaqişənin həlli üçün birgə beş mərhələli sülh planı dərc ediblər.
Qaziler.az bildirir ki, bu barədə 31 martda Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, pakistanlı həmkarının səfəri İran münaqişəsi ilə bağlı əməkdaşlığı gücləndirmək və sülhün bərqərar olması üçün səyləri yeniləmək məqsədi daşıyır.
Birgə bəyanatda tərəflər dərhal atəşkəsə, bağlanmış Hörmüz boğazı da daxil olmaqla su yollarının təhlükəsizliyinin qorunmasına çağırıb və münaqişələrin həlli üçün yeganə mümkün variantın dialoq və diplomatiya olduğunu vurğulayıblar.
“The Guardian” qəzetinin qeyd etdiyi kimi, Çin İran neftinin ən böyük alıcısı olmasına baxmayaraq, indiyə qədər Yaxın Şərq münaqişəsindən uzaq durub. Lakin nəşrin məlumatına görə, Pakistan müsəlman dünyasında əhəmiyyətli bir orta güc statusunu möhkəmləndirməyə və xarici tərəfdaşlar, xüsusən də Vaşinqton və Fars körfəzi dövlətləri üçün geosiyasi əhəmiyyətini bir daha təsdiqləməyə çalışır.
QAZİLER.AZ



