Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda Yaxın Şərqə səfəri zamanı yerli liderlərə İrandakı münaqişənin həlli üçün danışıqlar aparmağı məsləhət görüb.
Qaziler.az-ın məlumatına görə, Zelenski bunu “Axios”a verdiyi müsahibədə bildirib.
Ukrayna lideri bildirib ki, Yaxın Şərq liderləri İranla münaqişənin həlli ilə bağlı fikir ayrılığına malikdirlər: bəziləri bunun davam edəcəyini gözləyir, digərləri isə müharibəni mümkün qədər tez bitirmək istəyini bildirirlər.
"Bizdən soruşanda, onlara müharibəni mümkün qədər tez bitirməyi və danışıqlar masasına oturmağı - hətta İranla otura bilməsələr belə - və müharibəni bitirmək üçün diplomatik yol tapmağı məsləhət gördük. Amma bu, tərəflərdən asılıdır", - deyə o qeyd edib.
QAZİLER.AZ



