Hörmüz boğazında yanacaq tədarükündə fasilələrlə üzləşən ölkələr problemi özləri həll etməlidirlər, çünki ABŞ onlara kömək etməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında bildirib.
Siyasətçi ilk növbədə bu ölkələrə ABŞ-dən enerji resursları almağı tövsiyə edib.
"Və boğaza gedib onu geri almaq üçün cəsarət göstərin", - deyə ABŞ lideri yazıb.
Tramp vurğulayıb ki, bu, İrana qarşı münaqişədə ABŞ-yə kömək etməkdən imtina edən Qərb ölkələrinə aiddir. O bildirib ki, onlar artıq Vaşinqtondan kömək gözləməməlidirlər.
QAZİLER.AZ



