Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali münayəndəsi Kaya Kallas Rusiyanı sülhə qətiyyətlə qarşı çıxmaqda və danışıqları simulyasiya etməkdə ittiham edib.
Qaziler.az xəbər verir ki, o, bu açıqlamanı “Ukrinform” xəbər agentliyinə müsahibədə verib.
"Rusiya sülhə qətiyyətlə qarşıdır. Rusların bir şey dediyini görürük, amma əslində Ukraynanı bombalayır və atəşkəsə razılaşmaqdan imtina edirlər, baxmayaraq ki, Ukrayna bir il əvvəl qeyd-şərtsiz atəşkəsə razılaşmışdı. Biz onları fikirlərini dəyişməyə və danışıqları simulyasiya etməkdən, bu müharibəyə son qoymaq üçün faktiki danışıqlara keçməyə məcbur etməliyik. Təəssüf ki, biz hələ də orada deyilik", - Kallas deyib.
QAZİLER.AZ



