Sibiqa Macarıstanı "süni maneə" adlandırdı

Sibiqa Macarıstanı "süni maneə" adlandırdı backend

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Macarıstanı Avropa İttifaqından 90 milyard avro kredit almaqda "süni maneə" adlandırıb.

Qaziler.az xəbər verir ki, UNIAN bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə birgə mətbuat konfransındakı çıxışından sitat gətirib.

"Xanım Kaya Kallas çox diplomatik şəkildə dedi ki, həm 20-ci sanksiya paketinin tətbiqinə, həm də bu 90 milyard avro kreditin alınmasına bir maneəmiz var. Mən bu maneənin adını çəkəcəyəm: Bu, AB və NATO üzvü statusundan sui-istifadə edərək bütün Avropa İttifaqını, bütün Avropa siyasətini, onun genişlənməsini və birliyini bloklayan və girov saxlayan Macarıstandır", - Sibiqa deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri "süni şəkildə yaradılmış maneəni" aradan qaldırmaq üçün yollar tapılacağına ümid etdiyini bildirib.

QAZİLER.AZ