ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasının şəxsi heyəti Yaxın Şərqə göndərilməyə başlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin xəbərinə görə, diviziya qərargahı, logistika bölmələri və briqada döyüş qrupu artıq bölgəyə göndərilib.
“Al Jazeera” mənbələri paraşütçülərin göndərilməsinin bir həftə davam edəcəyini və ümumi kontingentin 3000 nəfərə çatacağını dəqiqləşdirib. “Reuters” mənbələri əlavə edib ki, İrana qoşun göndərmək barədə qərar hələ verilməyib. Nəzərdən keçirilən mümkün ssenarilərə ölkənin neft ixracının əksəriyyətinin keçdiyi Xark adasına nəzarət və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi daxildir.
QAZİLER.AZ



