İran Dəməşqdəki hotelləri və prezident sarayını vurmaqla hədələyib

İran Dəməşqdəki hotelləri və prezident sarayını vurmaqla  hədələyib backend

İran silahlı qüvvələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən prezident sarayını hədəfə ala bilər.

Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Tehran rəhbərliyi Dəməşqdəki "Four Seasons" və "Sheraton" mehmanxanalarını, həmçinin prezident sarayı ərazisini ehtimal olunan hədəflər siyahısına daxil edib. Buna səbəb kimi qeyd edilən obyektlərin İsrail, ABŞ və Böyük Britaniya məsləhətçilərinin məskunlaşma yerləri olması göstərilir.

İran tərəfi regiondakı otel idarəçilərinə xəbərdarlıq edib ki, əcnəbi hərbçilərin qaldığı istənilən obyekt legitim hədəf kimi qəbul olunacaq. Eyni zamanda, mənbənin bildirdiyinə görə, İran hərbçiləri ABŞ-nin logistika mərkəzi kimi istifadə etdiyi Livandakı köhnə Beyrut hava limanına da hücum ehtimalını istisna etmir.

Oxu.az